Bakıda xəstəxanada intihara cəhd hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə yanvarın 25-i saat 16 radələrində Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 16 ünvanında yerləşən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 2-ci mərtəbəsində qeydə alınıb.
31 yaşlı Salamzadə Hikmət Natiq oğlu tibbi spirti üzərinə tökərək özünü yandırıb. Nəticədə almış olduğu xəsarətlərdən “Nərimanov Tibb Mərkəzi”-nin Yanıq şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, H. Salamzadə qazidir.