Son zamanlar vayn çəkilişləri ilə məşhurlaşan iki xanım- Səbinə Katanova və Xana ləqəbi ilə tanınan Xanım restoranların birində əlbəyaxa olublar.
Buta.media-nın məlumatına görə, Səbinə Katanova bununla bağlı öz İnstagram səhifəsində məlumat verib.
İddiaya görə, Xətaidə çay evlərini birində görüşən xanımlar, aralarındakı münasibətləri həll etmək istəyərkən saçyolduya çıxıb, bir-birlərini təhqir ediblər.
Bundan başqa sosial şəbəkə hesablarından videolar paylaşan xanımlar bir-birlərini təhqir ediblər.
“Sənin adın Xana deyil e Seyid Xanımdır. Seyidxanımsan nə zibilsən bilmirəm, ağıllı ol” deyə Katanova öz həmkarına sərt reaksiya bildirib.
Qeyd edək ki, qalmaqala səbəb son vaxtlar çəkdirdikləri kliplər və oxuduqları duetlərlə reytinqləri alt-üst edən Xanım və Rəsulun "giveaway" yarışı keçirməsi olub.
Səbinə Katanova bu aksiyanı saxta adlandırıb. Bundan sonra tərəflər arasında qalmaqal baş qaldırıb. Vəziyyət o həddə çatıb ki, onlar təhqirdən sonra bir-birilərinə hədə-qorxu gəliblər. Xanım Səbinəni "ev yıxan", "parikli gözəlçə" adlandırıb, ona aid mesaj və fotolarla şantaj edib.