Bu gün Bakıda 170 nömrəli avtobusu Hindistandan olan turistlərə görə xüsusi bəzəyiblər.
Buta.media-nın xəbərinə görə, bu barədə jurnalist Ruslan Eldaroğlu məlumat verib.
Belə ki, evlilik ildönümlərini qeyd etmək istəyən hindistanlı cütlük Bakıya üz tutub. Qulati və Ayan cütlüyü özəl günlərini bahalı restoranda deyil, sərnişin avtobusunda qeyd edib.
Hindistanlılardan biri özəl şirkətlərdən birindən şəhər turu üçün romantik bəzədilmiş avtobus istəyiblər.
Nəticədə isə belə maraqlı bir mənzərə ortaya çıxıb.