Dünən İranda Cənubi azərbaycanlıların klubu kimi hesab edilən“Traktor Sazi”-nin "Peykan" (Tehran) komandası ilə növbəti oyunda qarşıdurma yaşanıb.
Buta.media xəbər verir ki, oyun zamanı azarkeşlərlə polis qüvvələri arasında insident baş verib.
Buna səbəb isə hakimin açıq-aşkar “Traktor” komandasına qarşı qərəz nümayiş etdirərək 3 penaltini hesaba almaması olub.
Polis qüvvələri güc tətbiq edərək, azarkeşlərə qarşı bibər qazı və su şırnaqlarından istifadə edib.
Məlumata görə, qarşıdurma zamanı xeyli insan xəsarət alıb.
Qeyd edilir ki, "Traktor" 1:0 hesabı ilə oyunu uduzub.
Xatırladaq ki, “Traktor Sazi”nin matçlarında daim Azərbaycana dəstək şüarları səslənir. Təbrizin “Traktorsazi” futbol komandası azakeşlərin çoxusu azərbaycanlıldır.