Zelenski məmurlara sərt qadağa qoydu

Ukrayna prezidenti Vladimir Zelenski səfərbərlik və hərbi vəziyyət dövründə dövlət qulluqçularına ölkə hüdudlarından kənara yalnız ezamiyyətlə getməyə icazə verən fərman imzalayıb.

Müharibənin 334-cü günündən sonra müraciətində Zelenski fərmanla bağlı bunları deyib:

Məmurların xaricə getməsi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının fundamental qərarı var. Bu, mərkəzi hökumətin bütün məmurlarına, müxtəlif səviyyəli yerli hakimiyyət orqanlarına aiddir. Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, xalq deputatlarına, prokurorlara və dövlət üçün və dövlətə işləməli olan hər kəsə aiddir.

İndi dincəlmək istəsələr, dövlət xidmətindən kənarda dincələcəklər. Artıq məmurlar məzuniyyət və ya başqa qeyri-dövlət məqsədləri üçün xaricə səfər edə bilməyəcəklər. Nazirlər Kabineti beş günlük müddət ərzində məmurların sərhədi keçməsi üçün belə bir prosedur hazırlamalıdır ki, yalnız real ezamiyyət əsas ola bilsin.

Fərmana əsasən, səfər qadağası Ukrayna Nazirlər Kabinetinin üzvlərinə, prezident aparatının rəhbərliyinə, Ali Radanın deputatlarına, hakimlərə, prokurorlara, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərlərinə, Mərkəzi Seçki Komissiyasına, Milli Təhlükəsizlik və Müdafiə Şurası, Milli Bank, şəhər administrasiyalarının rəhbərləri.

“Ukrainska pravda”nın yazdığına görə, yanvarın 23-də Lvovlu iş adamı və deputat Qriqori Kozlovskinin avtomobilindən istifadə edərək ailəsi ilə birlikdə Yeni il ərəfəsində İspaniyaya istirahətə gedən Ukrayna baş prokurorunun müavini Oleksiy Symonenko istefa verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ