Baxmutun müdafiəsi niyə Ukrayna üçün vacibdir?

Əgər Ukrayna Rusiya qoşunlarının Baxmutu asanlıqla ələ keçirməsinə icazə versəydi, Kiyev nəticədə daha ağır vəziyyətə düşəcəkdir. Belə bir fikir Müharibə Araşdırma İnstitutunun (ISW) icmalında yer alıb.

“Baxmutun heç bir əməliyyat və ya strateji əhəmiyyəti yoxdur, lakin Rusiya qoşunları onu nisbətən tez və asanlıqla ələ keçirsəydilər, hücum əməliyyatlarını qısa müddətdə genişləndirə bilərdilər”, - ISW ekspertləri bildiriblər.

İcmalda qeyd olunur ki, Ukrayna qoşunları əvvəllər rusiyalıların tədricən sıradan çıxarılması modelindən istifadə ediblər. Belə də, RF ordusu kiçik taktiki uğurların ardınca müəyyən ərazilərdə aylarla davam edən əməliyyatlarda xeyli canlı qüvvə və texnika itki verərək geri çəkiliblər.

2022-ci ilin yayın əvvəlində Rusiya qoşunları aylarla Severodonetsk və Lisiçanskda Ukraynanın effektiv müdafiəsini yarmağa çalışıblar və yalnız ukraynalıların nəzarətli şəkildə ərazidən çıxmasından sonra Lisiçanski tutublar. Ancaq tezliklə məlum olub ki, Lisiçanskın ələ keçirilməsi RF ordusuna əməliyyat uğuru gətirməyib, rusiyalıların bu istiqamətdəkki hücumu uğursuzluğa düçar olub.

Baxmut müdafiəsi çox güman ki, analoji nəticəyə verəcək - Rusiya qüvvələri 2022-ci ilin may ayından bu əraziyə hərbi texnika yeridir, lakin hələlik heç bir əhəmiyyətli irəliləyiş əldə etməyib.

ISW-nin məlumatına görə, Ukrayna qüvvələri faktiki olaraq Baxmut bölgəsində Rusiya qoşunlarını və texnikasını nəzarətdə saxlayır. Hazırda RF ordusunun komandanlığının bütün diqqətini bu istiqamətə yönəlib. Beləliklə, Rusiyanın başqa ərazilərdə hücumunu davam etdirməsi çətin görünür. ISW-ə görə, Ukraynanın bu vəziyyətdən istifadə edə bilməməsinin əsas səbəbi müttəfiqlərdən silah tədarükünün çox yavaş olmasıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ