Bakının Sabunçu rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Yefim Saratov küçəsində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Qasımova Yasəmən Muraz qızı qardaşı tərəfindən əvvəlcə döyülüb, sonra isə kürək nahiyyəsindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda o, cərrahi əməliyyat edilir.
Qeyd edək ki, Y.Qasımova hamilədir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.