İran Krım və Donbası Rusiya ərazisi kimi tanımır

İran Ukraynanın ilhaq edilmiş ərazilərini Rusiyanın bir hissəsi kimi tanımır. Bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyənin TRT World telekanalına müsahibəsində deyib.

“Biz beynəlxalq hüquq çərçivəsində ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyırıq və bu səbəbdən Tehran və Moskva arasında əla münasibətlərə baxmayaraq, Krımın Ukraynadan ayrılmasını tanımırıq. Biz Luqansk və Donetskin Rusiya ərazisi kimi tanımırdıq”, - deyə İran XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti xarici siyasətdə öz “ardıcıl prinsipi”ndə israrlıdır.

“Ukraynada böhranında həll yolunun müharibənin olmadığını deyəndə, biz öz mövqeyimizə güvəndiyimiz əsas siyasi prinsipə inanırıq”, - Abdullahian deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ