17 yaşı var, 56 min dollar təqaüd alacaq: Hamı bu azərbaycanlıdan danışır

17 yaşlı azərbaycanlı şagirdin Sabancı Universitetindən 56 min dollar təqaüd qazanması sosial şəbəkələrdə maraqla qarşılanıb.

Buta.media-nın məlumatına görə, Quliyev Yasin Yalçın oğlu dünyanın bir çox unveristetlərini – Massaçusets Boston, İllinoys Ştatı, Şimali Florida Universitetini qazanıb. Bundan başqa o, 100/100 bursla Türkiyənin Bahçeşehir Universitetinə qəbul alıb. 

Sabancı Universitetini seçən həmyerlimiz “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alacaq. 

Ona 56 000 dollar təqaüd veriləcək.
Qeyd edək ki, Y. Quliyev "Ankara məktəbi" məktəb-liseyi, “İstək” liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ