Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır

Ermənistan ötən ilin oktyabrında Praqada əldə edilmiş razılaşmalar əsasında Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

Bunu Ermənistan parlamentində çıxış edən respublikanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyanın fikrincə, regionda sabit vəziyyəti saxlamağın ən yaxşı yolu danışıqlar vasitəsilə siyasi həll yolu tapmaqdır.

“Biz çox aydın şəkildə bildiririk ki, Praqa razılaşmaları əsasında sülh müqaviləsi imzalamağa hazırıq”, - Paşinyan çərşənbə günü parlamentdə deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ