Yerevan və Tehran merləri Hraçya Sarkisyan və Əlirza Zakani hər iki paytaxtın qardaş şəhər elan edilməsi haqqında saziş imzalayacaqlar.
Sənəd İrəvan merinin başçılıq etdiyi nümayəndə heyətinin üç günlük (yanvarın 17-dən 19-dək) səfərə getdiyi Tehranda imzalanacaq.
Sarkisyan İrana səfəri zamanı Tehran Şəhər Şurasının sədri Mustafa Çəmrani ilə də görüşəcək.