Mahir Mədətov futbolçunun burnunu belə sındırdı - VİDEO

Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ”la oyunda "Keşlə”nin qapıçı Şahin Zəkiyevin burnu sınıb.

Buta.media-nın məlumatına görə, Şahin Zəkiyev 17-ci dəqiqədə buraxılan ilk qol zamanı zədələnib. 

"Qarabağ”ın hücumçusu Mahir Mədətovun dizi 19 yaşlı qapıçının burnuna dəyib. Daha sonra, o 23-cü dəqiqədə Davud Kərimi ilə əvəzlənib. Gənc qapıçı xəstəxanaya çatdırılıb.

Onun burnunda və almacıq sümüyündə sınıq var.

Qeyd edək ki, sözügedən oyunda "Qarabağ” "Keşlə”nini 3:0 hesabı ilə məğlub edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ