Gecə saatlarında paytaxtda taksi sifariş edən xanıma qarşı sürücüdən əxlaqsız təklif olub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, orta yaşlı sürücü taksi xidmətində fəaliyyət göstərir. O, gənc xanıma öz dili ilə desək, “yaxınlıq etməyi” təklif edir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, görüntüdə xanım sərnişinə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücüsünün aşkar edilməsi və barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi istiqamətində işlər aparılır:
“Paytaxt ərazisində şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları barədə vətəndaşlardan polis orqanlarına daxil olan şikayətlərin hər biri araşdırılır”.