Naxçıvan MR-nın fövqəladə hallar naziri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.

APA xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.  

Onun yerinə artıq təyinat olub. Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib.

Yeni naziri kollektivə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ