Rusiya ordusunun sayı artırır

Rusiya müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin sayının artırılması ilə bağlı keçirilən müşavirənin yekunları üzrə Hərbi Dəniz Qüvvələri (Dəniz Donanması), Aerokosmik Qüvvələri (VKS) və Strateji Raket Qüvvələrinin (RVSN) döyüş komponentinin gücləndirilməsi barədə göstəriş verib, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Şoyqu həmçinin Kareliya Respublikasında ordu korpusu, Quru Qoşunlarında üç motoatıcı diviziya və Hava Desant Qüvvələrində iki hava hücumu diviziyasının yaradılması barədə göstəriş verib. Bundan əlavə, Qərb, Mərkəzi, Şərq hərbi dairələrində və Şimal Donanmasında yeddi motoatıcı briqadanın motoatıcı diviziyalara çevrilməsi tapşırıldı.

Rusiya Müdafiə Nazirliyində qeyd edildiyi kimi, 2023-2026-cı illərdə Rusiya ordusunda genişmiqyaslı dəyişikliklər baş verəcək, xüsusən də onun gücü 1,5 milyon nəfərə çatdırılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ