Zelenskiyə 12-dən çox sui-qəsd cəhdi olub

Ukrayna prezidenti Volodimir Zelenskiyə son bir ildə 12-dən çox sui-qəsd cəhdi olub. “İndependent” yazır ki, bunu jurnalist Kris Uippl ABŞ prezidenti Co Bayden haqqında kitabında deyib.

Nəşrin yazdığına görə, Uippl iddia edir ki, Rusiyanın Ukraynaya hücumundan əvvəlki dövrdə Uilyam Börns Kiyevə gizli səfərə gedib. Kitabda deyilir ki, ABŞ prezidenti Co Bayden Bernsə Zelenskiyə “Rusiya sui-qəsdlərinin dəqiq təfərrüatını” söyləməyi tapşırıb.

“Bu, dərhal Zelenskinin diqqətini çəkdi, o, xəbərdən məəttəl qaldı və şoka düşdü”, – “İndependent” kitabdan sitat gətirir.

Nəşr əlavə edib ki, müharibə başlayandan Zelenski 12-dən çox sui-qəsd cəhdindən sağ çıxıb. “Bu məlumatlar o qədər təfərrüatlı idi ki, Zelenskinin təhlükəsizlik qüvvələrinə Rusiya tərəfindən onun həyatına iki ayrı sui-qəsd cəhdinin qarşısını almağa kömək etdi”, - Uippl yazır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ