İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Şəhriyar Heydari ilk dəfə olaraq bildirib ki, İran Rusiyadan Su-35 qırıcıları alır.
Onun sözlərinə görə, qırıcılar İran təqvimi ilə yeni ilin əvvəlində, yəni martın 21-dən sonra ölkəyə gətiriləcək.
İran qırıcı təyyarələrlə yanaşı, helikopterlər, raketlər və hava hücumundan müdafiə sistemləri də aldığını açıqlayıb. Lakin rəsmi alınan texnikanın sayını açıqlamayıb.