Yanvarın 14-də günortadan sonra Ukrayna Rusiya ordusu tərəfindən növbəti raket atəşinə məruz qalıb. Dneprdə raket yaşayış binasına düşüb, girişlərdən birini sıradan çıxarıb.
İlkin məlumatlara görə, nəticədə azı 5 nəfər ölüb, 27 nəfər yaralanıb.
Ukrayna hakimiyyəti Qərb ölkələrini Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə, o cümlədən Rusiya Federasiyasını BMT Təhlükəsizlik Şurasından çıxarmağa çağırıb.