“Polad” ləqəbli polis polkovniki vəfat etdi

“Polad” ləqəbli polis polkovniki Mirəli Şıxəliyev vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, xəstəlik səbəbindən dünyasını dəyişib.

O, Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi olub. 

Qeyd edək ki, polkovnik daha əvvəl Biləsuvar, İmişli, Şamaxı rayonlarının polis rəisi kimi də çalışıb.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ