Liza Mari Presli vəfat etdi - Elvis Preslinin yeganə qızı idi

Elvis Preslinin qızı Liza Mari Presli 54 yaşında vəfat edib. Bu barədə onun anası, aktrisa Priskilla Presli agenti vasitəsilə mətbuata açıqlama verib.

“Gözəl qızım Liza-Marinin bizi tərk etməsi ilə bağlı dəhşətli xəbəri ürək ağrısı ilə bölüşməliyəm”, - o deyib.

Liza Mari Preslinin 54 yaşı var idi. Priskilla Presli ölümündən bir müddət əvvəl qızının xəstəxanaya aparıldığını açıqlamışdı. TMZ mənbələrinə istinadən yazır ki, Lizanın ürəyi dayanıb.

Liza Mari Presli Elvis Preslinin yeganə qızı və varisidir. Valideynləri boşananda onun dörd yaşı var idi; atası öldükdə - doqquz yaşı.

O xeyriyyə işlərində iştirak edirdi, üç musiqi albomu buraxıb. Liza Mari müğənni Maykl Cekson və aktyor Nikolas Keyc də daxil olmaqla, dörd dəfə evlənib və dörd övladı var (onlardan biri, oğlu Benjamin 2020-ci ildə intihar edib).

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ