Rusiya sanksiyalarının Azərbaycan üçün faydası

“Fitch Solutions” beynəlxalq reytinq agentliyi Azərbaycana investisiyalar üzrə proqnozu yaxşılaşdırıb.

Fitch Solutions Azərbaycan üçün investisiya artımı proqnozunu 2022-ci ildə 0,9 faiz bəndindən (2011-21-ci illərdə orta hesabla 0,8 faiz bəndi) 2023-cü ildə 1,3 faiz bəndinə yüksəldib.

Fitch Solutions həmçinin hesab edir ki, Ukrayna müharibəsi ilə bağlı Aİ-nin sərt sanksiyaları fonunda Rusiya ticarətini Avropadan Şərqə yönləndirib və Azərbaycanın qeyri-neft-qaz sektoru bundan faydalanıb. Belə ki, 2022-ci ilin noyabrına (illik ifadədə) Azərbaycan və Rusiya arasında ticarət 23,0% artıb. Başqa sözlə, Azərbaycanın ümumi xarici ticarətində Rusiyanın payı 2021-ci ildəki 8,0%-dən 2022-ci ildə 12,0%-ə yüksəlib. Fitch Solutions 2023-cü ildə Rusiyadan Azərbaycana kapital axınının güclü olacağını, qeyri-neft və qaz sektoruna investisiyaların artmaqda davam edəcəyini proqnozlaşdırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ