Rusiya Soledarı işğal etdi

“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri separatçı DXR-də Soledarın bütün ərazisini nəzarətə götürüblər.

Bu barədə təşkilatın təsisçisi Yevgeni Priqojin məlumat verib.

Priqojin əsirlərin sayını daha sonra açıqlayacağına söz verib. O vurğulayıb ki, şəhərə hücumda “Vaqner” hərbçilərindən başqa heç bir bölmə iştirak etməyib.

“Vaqner” döyüşçüləri həmçinin şəhər ətrafında duz mədənlərini ələ keçiriblər. Priqojin buna dəlil olaraq, hərbçilərin əhatəsində təsvir olunduğu tuneldən çəkilmiş fotonu dərc edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ