“Vagner” qrupunun qüvvələri Ukraynanın Donetsk vilayətindəki Soledar şəhərinin böyük hissəsinə nəzarət edirlər.
Bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Britaniya hərbi kəşfiyyatının xəbərinə görə, Rusiya qüvvələri son dörd gündə Baxmutdan 10 kilometr şimalda yerləşən Soledara hücum edib.
Döyüşlər tərk edilmiş 200 kilometrlik duz mədəni tunellərinə girişlər üçün aparılıb.
Qeyd olunur ki, Baxmut Rusiya qoşunlarının əsas əməliyyat hədəfi olaraq qalacaq, lakin onlar yaxın gələcəkdə şəhəri mühasirəyə ala bilməyəcəklər.
Eyni zamanda, Yevgeni Priqojin yanvarın 10-da bildirib ki, “Soledarın qərb kənarında ağır qanlı döyüşlər gedir”, Ukrayna ordusu isə “cəsarətlə döyüşür”.
Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Soledardakı əsas təchizat xəttini atəşə tuta biləcək mövqe tutub və bu, şəhərdə “təhlükəli” vəziyyət yaradıb.