Prezidentlə maraqlı dialoq: Nəvəm deyirdi, İlham babamız nə vaxt qonaq gələcək? - VİDEO

Bu gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub.

Buta.media-nın məlumatına görə, sakinlər ölkə başçısı və birinci vitse-prezidentlə söhbətləşib. Onlar prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımları alqışlayıb. 

Sakinlərdən biri görüşdə nəvəsinin sualını səsləndirib: "Mən hər gün teleziyada sizin çıxışlarınızı nəvəmlə bərabər izləyirəm. Nəvəm məndən soruşur ki, ay nənə, bizim İlham babamız bizə nə vaxt qonaq gələcək?"  

Prezident isə "Baxın gəlmişəm" cavabını verib.

VİDEO: "Qafqazinfo"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ