“Bolmart”da nöqsanlar aşkarlandı

Gəncə şəhərində Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində “Promart” MMC-yə məxsus “Bolmart” mağazasında yoxlama aparılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, unlu qənnadı məmulatlarının qablaşdırılmasında etiket məlumatlarının, istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi müəyyən olunub.

Aşkarlanmış nöqsanlarla bağlı mağazanın hüquqi nümayəndəsi barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq edilib və icrası məcburi göstərişlər verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ