Türkiyənin PUA-ları Qarabağ zəfərindən Liviyaya, terrorla mübarizədən xüsusi əməliyyatlara qədər geniş bir sahədə əldə etdikləri uğurla dünyadakı müharibə qaydalarını dəyişdirir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk tam olaraq yerli istehsalı olan yeni nəsil “Fırtına” haubitsasının təqdimat mərasimində çıxışı zamanı bildirib.
“Suriyada əməliyyatlarımız çərçivəsində onların nə qədər vacib olduğunu gördük. 2023-cü il müjdələrlə dolu və vacib il olacaq. Milli döyüş təyyarəmiz anqardan çıxacaq. Təlim və yüngül hücum təyyarəmiz “Hürjet” ilk uçuşunu edəcək və dünyanın ilk pilotsuz gəmisi olacaq “Anadolu” da təhvil veriləcək”, - Türkiyə lideri vurğulayıb.