Samux rayon İnstitut qəsəbə tam orta məktəbdə qalmaqal yaranıb.
Buta.media-nın məlumatına görə, övladları həmin məktəbdə təhsil alan valideynlər "Yeni Sabah”a şikayət ünvanlayıblar.
Onlar bildiriblər ki, məktəbdə oğlan və qız arasında mütamadi olar qeyr-etik münasibətlər olub. Onlar bununla bağlı görüntülər də göndəriblər. Videoda yuxarı sinif şagirdi olan oğlan və qız Fizika kabinetində qeyri-etik hərəkətlər edirlər.
Valideyn bildirib ki, videodakı qız məktəbin şagirdi, oğlan (H. Ə...) isə məktəbdən qovulmuş şagirddir. Övladları həmin məktəbdə təhsil aldığı üçün o adının açıqlanmasını istəməyib.
Valdeynlər qeyd ediblər ki, orta məktəb direktoru Abbasova Gülsabah Cəfər qızının özünün vəzifə təyinatının 5 illiyini ziyafət məclisi ilə qeyd edib. Həmçinin, ziyafətin direktorun pulu ilə deyil müəllim kollektivindən yığılan pullar hesabına təşkil olunub.