Fuad Qəhrəmanlının qızına hücum edən şəxs saxlanılıb - YENİLƏNİB

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-ya hücum edən Tural Qarayev saxlanılıb.

Buta.media-nın məlumatına görə, bu barədə "Report"a DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verilib. 

Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılır.

T.Qarayevin əməllərinə hüquqi qiyməti məhkəmə verəcək.

Onunla bağlı toplanılan materialların Yasamal Rayon Məhkəməsinin göndəriləcəyi gözlənilir.

12:06

Daxili İşlər Nazirliyi AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə edilən hücumla bağlı yayılan məlumatlara münasibət bildirib.

Buta.media-nın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaşlar qarşılaşdıqları kriminal xarakterli əməllər, hüquq pozuntuları ilə bağlı nazirliyin “102 Xidməti”nə müraciət etməlidirlər: 

“Bu hadisə ilə də bağlı “102 Xidməti”nə müraciət edilib. Həmin yeniyetmə və anası Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dəvət olunub. Faktla bağlı ərizə alınıb, araşdırma aparılır. Nəticədən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkələrdə paylaşılsa da, həmin videoda qeyri-etik ifadələr yer aldığı üçün yayımlamırıq. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ