Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Ukraynada müharibənin yaxın aylarda daha da şiddətlənəcəyini bildirib.
O, fikirlərini Twitter-də paylaşıb.
“Rusiya-Ukrayna münaqişəsi yaxın aylarda kəskinləşəcək. Bu, daha çox ölüm, dağıntı və uzunmüddətli böhran deməkdir”, - deyə o, proqnozlaşdırıb.
Kalın eyni zamanda vurğulayıb ki, Ankara atəşkəsdən tutmuş əsir mübadiləsinə, taxıl tədarükündən nüvə təhlükəsizliyinə qədər Moskva və Kiyev arasında danışıqların bərpası istiqamətində səylərini davam etdirəcək.