Dağıstanın sabiq baş nazirini avtomobil vuraraq öldürüb

Dağıstanın sabiq baş naziri Maqomed Abdulayevi avtomobil vuraraq öldürüb.

Bu barədə cümə günü, yanvarın 6-da respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə yanvarın 5-də, axşam saatlarında Mahaçqalada baş verib. “VAZ-21214” markalı avtomobilin sürücüsü piyada keçidindən kənarda yolu keçən 61 yaşlı Abdulayevi vurub. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Maqomed Abdulayev 20 fevral 2010-cu ildən 2013-cü il yanvarın 30-dək Dağıstan Respublikası Hökumətinin sədri vəzifəsində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ