Prezidentdən həmsədrlərin son bəyanatına münasibət

Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən, danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır.

 

Bu fikirləri prezidenti İlham Əliyev ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşdə deyib. 

 

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

 

Prezident Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ