Ukraynada Rusiya ordusunun komandirləri öz tabeçiliyində olan əsgərlərə işğal edilmiş kəndlərdə qadınları zorlamağı əmr ediblər. Bu barədə “The New York Times” nəşri yazıb.
Nəşrin məlumatına görə, cinayətlər yaşayış məntəqəsinin RF qoşunları tərəfindən ələ keçirilməsindən sonra ikinci və ya üçüncü gün, bəzi hallarda isə komandirin əmri və ya göstərişi ilə törədilməyə başlayıb.
Təhlil zamanı aydın olur ki, Rusiya əsgərlərinin aydın davranış nümunəsi var:
“Quru qoşunlar gəlir, və ikinci və ya üçüncü gün zorlamalar başlayır”, - Ukrayna prokuror İrina Didenko NYT-yə deyib.
Təcavüz qurbanlarının hekayələrinə görə, Rusiya ordusunun komandirləri əsgərlərinin nə etdiyini bilirdilər və hətta zorakılığı təşviq edirdilər. Didenko iddia edir ki, bəzi hallarda onlar zorlama əmri və ya buna göz yuman göstərişlər veriblər - məsələn, istirahət etməyi məsləhət görüblər.
Ümumilikdə 154 zorlama faktı rəsmən müəyyən edilib. Lakin prokuror hesab edir ki, əslində belə hallar daha çoxdur.