Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyası fəaliyyətə başlayıb.
Buta.media-nın məlumatına görə, komissiya sözügedən məsələ ilə bağlı Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı fərmanın icrası ilə bağlı şikayətləri araşdıracaq.
Apellyasiya Komissiyası ilə yanaşı, banklarda da problemli kreditlərlə bağlı işçi qrupları fəaliyyət göstərirk və vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirir.
Güzəştlərdən faydalanacaq müştərilərin siyahısı dəqiqləşdirilib və fiziki şəxslər bu siyahıda adlarının olub-olmamasını problemli kreditlər üzrə kompensasiya ödənişi və restrukturizasiyası ilə bağlı yaradılan portal vasitəsi ilə yoxlaya bilərlər.
Prezident fərmanı ilə əlaqədar məhkəmələrdə kredit mübahisələri ilə bağlı işlərə baxılması dayandırılıb.
Qeyd edək ki, 2018-ci ildə Ali Məhkəmənin mülki kollegiyasında kredit müqaviləsi və bank əmanəti, bank hesabatı müqaviləsi üzrə 3107 qərar qəbul çıxarılıb.