Bulvarda gənc qız özünü dənizə atdı

Bakının Dənizkənarı Milli Parkı ərazisində gənc qadın intihara cəhd edib.

Buta.media xəbər verir ki, Oxu.Az-ın məlumatına görə,1990-cı il təvəllüdlü Ağamalıyeva Mənsurə Mehman qızı özünü dənizə atıb.

Yaxınlıqdakı insanların köməkliyi ilə dənizdən çıxarılan və 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qıza təcili tibbi yardım göstərilib. 

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ