Haqqin.az və vurtualaz.org saytlarının sahibi, araşdırmaçı - jurnalist Eynulla Fətullayev ictimaiyyətə və mediaya həyəcanlı müraciət edib.
Buta.media həmin müraciəti və Fətullayevin Facebook sosial şəbəkəsində paylaşdığı fotoları təqdim edir:
"Təzə Pir məscidinin yanında fundament qazılan zaman nadir tarixi abidə aşkar edilib. Həmin abidələri dağıtmaq istəyirlər!! Dəstək verin, heç olmasa bu abidələri qoruyub-saxlayaq".
Jurnalistin bu çağırışı sosial şəbəkədə böyük əks - səda yaradıb və dəstək almaqdadır.