Bakıda məktəblilərin həyatı ölümlə üz-üzə - FOTO

Xətai rayonu ərazisində yerləşən 56 saylı orta məktəbdə təhlükəli vəziyyət yaranıb.

Buta.media-nın məlumatına görə, bunun bağlı sosial şəbəkələrdə görüntülər yayımlanıb.

Belə ki, məktəbin divarına yüksək gərginlik keçən kabel birləşdirilib. Məlumatda qeyd olunur ki, yüksək gərginliklər olan bu kabel normal izolyasiya olunmadığı üçün məktəblilərin həyati faciə ilə nəticələnə bilər:

“Onlar bu kabelə toxunsa, yaxud kabelin açıq hissəsi dəmirə dəysə şagirdlərin həyatına təhlükə ola bilər”.