Rusiya XİN Laçın yolundakı son vəziyyətə münasibət bildirib

“Bu il oktyabrın 31-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi zirvə görüşündə qeyd edildiyi kimi ərazidə təhlükəsizliyin təmin edilməsinə əsas töhfəni Rusiya sülhməramlıları verir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan-Ermənistan münasibətləri və sülhməramlılarla bağlı sualı şərh edərkən bildirib.

O, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına qarşı istənilən açıq hücum və təxribatı qəbuledilməz, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə ciddi ziyan vuran məqsədyönlü hərəkətlər hesab etdiklərini vurğulayıb.

“Biz Bakı və İrəvanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatın bütün müddəalarına ciddi əməl etməyə çağırırıq”, - M.Zaxarova deyib.

O, Laçın yolundan yalnız bu sənəddə göstərilən məqsədlər üçün istifadə olunmasının vacibliyini qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ