Şəbnəm Tovuzlu yenə biabır oldu - FOTOFAKT

“Hüseynova bacıları” verilişində Amerikanı Avropanın paytaxtı adlandıran müğənni Şəbnəm Tovuzlu yenə savadı ilə seçilib.

Buta.media xəbər verir ki, İnstaqramda verilişdəki situasiyanı ona xatırladan istifadəçiyə Şəbnəm belə reaksiya göstərib:

“Xanım dostlarım reytinq xatirinə belə bir şou yaratmanızı xahiş etmişdi. Bilirəm Avropa ölkələri hansıdır, 26 şengen ölkələri hansı ölkələrdi və Amerikanın paytaxtı da haradır (Nyu-Yorkdur).Amm anladım ki, kimlərinsə reytinq xatirinə öz karyerma zərbə vururam”.

Qeyd edək ki, ABŞ paytaxtı Nyu York deyil, Vaşinqton şəhəridir.

Xatırladaq ki, ARB TV-də yayımlanan verilişdə müğənni Avropa ölkələrini tanımamış, Amerikanı Avropanın paytaxtı adlandırmışdı. Daha sonra o millətimizi cahil adlandırmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ