Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasına ümid eder

“Bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə tədricən ümid etmək olar”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya mətbuatına müsahibəsində deyib.

O bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məsələsində tərəflərin mərhələli şəkildə hərəkətinə ümid edir:

“9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılıqlar sülh müqaviləsi istiqamətində irəliləyişin əldə olunmasına kömək edəcək. Bu razılıqlar Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması üçün “yol xəritəsi” formalaşdırıb”, - deyə o bildirib.

Qaluzin deyib ki, Rusiya regionda xüsusilə nəqliyyat və iqtisadi əlaqələrin açılması, delimitasiyası və humanitar problemlərin həlli kimi sahələrdə tədricən irəliləyiş gözləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ