Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Ermənistan ordusunun 19 yaşlı əsgəri ölüb.
Bu barədə News.am saytı məlumat yayıb.
Bildirilir ki, hadisə martın 12-də saat 06:50 radələrində baş verib.
Ermənistan ordusunun əsgəri, 2000-ci il təvəllüdlü Karen Karapetyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.