Rusiya qoşun qrupları Suriya və Qarabağda sülhün qorunmasının əsas təminatçısı olaraq qalır.
Bunu RF müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiyasının geniş iclasında çıxışı zamanı bəyan edib.
Şoyqu həmçinin bildirib ki, “Rusiya KTMT ölkələri ilə birlikdə 2022-ci ildə Qazaxıstanda rəngli inqilaba imkan verməyib”.
O, Rusiya silahlı qüvvələrinin vəziyyətindən danışarkən qeyd edib ki, ölkənin strateji nüvə qüvvələrinin təkmilləşdirilməsi səviyyəsi 91,3%-ə çatdırılıb.
““Xüsusi hərbi əməliyyat” komandirlərin, qərargahların yüksək peşəkarlığını, eləcə də hərbi personalın ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olduğunu nümayiş etdirib”, - Şoyqu əlavə edib.