Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı iş adamı Qalib İsayev Ukraynadakı müharibədə həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Sankt-Peterburqda yaşayan diaspor üzvü Rizvan Şıxızadə məlumat yayıb.
O bildirib ki, Q.İsayev Rusiya ordusu sıralarına könüllü olaraq qoşulub və aparılan döyüş əməliyyatlarında həlak olub.
Qeyd edək ki, vəfat edən Q.İsayev əslən Masallının Kolatan kəndindəndir.