Manset az-ın əldə etdiyi məlumata görə Ali Məclisin iclasında iki deputatın mandatının ləğv olunacağı gözlənilir. Bunlar Seymur Talıbov və Zəbur Bağırovdur.
Bildirək ki, Naxçıvanda keçirilən əməliyyatlarla bağlı Naxçıvan Mərkəzi Xəstəxanasının baş həkimi, deputat Zəbur Bağırovun istintaqa cəlb olunduğu bildirilir.
11:05
Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iclasa Muxtar Respublikanın heç bir naziri dəvət almayıb.
İclasın gündəliyi barədə rəsmilərə məlumat verilməsə də, Naxçıvanla bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, bir müddət əvvəl DTX Naxçıvanda əməliyyat keçirib. Əməliyyatlar nəticəsində Naxçıvanda üç rəsmi şəxs – maliyyə naziri Əliyev Rafael, Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Onlar “xüsusilə külli miqdar”da dövlət vəsaitinin mənimsənilməsində ittiham edilirlər.