Telman İsmayılova daha bir zərbə - Milyarderin başı böyük dərddə

Sürixin (İsveçrə) Baş Prokurorluğu, Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılova qarşı cinayət işi açıb. 

Buta.media-nın məlumatına görə,bu barədə "Kommersant" qəzetinin çərşənbə günü yaydığı məlumatda deyilir.

İsmayılov borcluların əmlakının ələ keçirilməsi, aktivlərin kreditorların zərərinə cəlb edilməsi və fırıldaqçılıqda şübhələnir. Ona bu maddələr üzrə beş ilədək həbs cəzası verilə bilər.

BM Bankından (VTB-IF-ə məxsus) verilmiş məlumatda bildirilib ki, 2012-ci ildən etibarən iş adamına məxsus, Rusline 2000 və Tropicano Finance B.V. 230 milyon dollardan artıq kredit verilib. Daha sonra şirkətlər xidmətlərini dayandırıblar, hazırda kreditlər üzrə 15 milyard rubla yaxın peniya və cərimələr yığılıb. . İsmayılov iflas elan edilib və onun mülkiyyəti hərraca çıxarılmalıdır.

Daha əvvəl BM-Bank İsmayılova aid Praqa restoranı, Tropikano biznes mərkəzi, AST ticarət mərkəzi və Moskvanın Kutuzov prospektində yerləşən iki mənzili özününküləşdirib. Bundan başqa, ABŞ-da onun Craig Valley Plaza ticarət mərkəzinə həbs qoyulub.

Şikayətçi kreditor əmin edir ki, İsmayılov kredit vəsaitlərinin bir hissəsini İsveçrəyə göndərib, öz aktivlərini isə bir neçə yerli şirkət və fiziki şəxsin adına rəsmiləşdirib. Prokurorluq hazırda bu faktı araşdırır.

İş adamın yaxınları İsmayılovun İsveçrədə aktivlərinin olmadığını bildirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ