MN: Azərbaycan Ordusunun Ermənistan bölmələrinə atəş açması məlumatı yalandır

MN: Azərbaycan Ordusunun Ermənistan bölmələrinə atəş açması məlumatı yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ