Avropa İttifaqı qazın qiymət həddini təsdiqləyib

Aİ ölkələri təbii qazın qiymət həddinin müəyyənləşdiriblər. Məhdudiyyətlər Hollandiyanın ən böyük TTF qovşağında qazın qiyməti üç gün ərzində MVt/saat üçün 180 avronu keçərsə qüvvəyə minəcək.

Qiymət həddi fevralın 15-dən tətbiq olunacaq.

Yekun rəqəm Avropa Komissiyasının ilkin təklifindən (275 avro) xeyli aşağı olub.

Aİ-də qazın qiyməti ilə bağlı məhdudiyyət son aylarda tarixdə ən yüksək həddə çatan inflyasiya ilə mübarizə tədbiri kimi tətbiq edilir.

Avropada qazın qiymətinin əhəmiyyətli dərəcədə artması, digər məsələlərlə yanaşı, qitəyə qazın tədarükünü əhəmiyyətli dərəcədə azaldan Rusiya ilə qarşıdurma ilə bağlıdır.

Qiymət həddinin tətbiqinə qarşı Hollandiya, Avstriya, Macarıstan, eləcə də Aİ-də ən böyük yanacaq istehlakçısı olan Almaniya çıxıb. Bu ölkələr yanacağın qiymətinə qeyri-bazar müdaxiləsinin gözlənilməz nəticələrə səbəb ola biləcəyindən ehtiyat edirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ