Xorvatiya millisi DÇ-2022-nin bürünc mükafatçısı oldu

Futbol üzrə Xorvatiya yığması Mərakeş millisini məğlub edərək 2022-ci il dünya çempionatının bürünc mükafatçısı olub.

Üçüncü yer uğrunda görüş Dohadakı “Xəlifə” Beynəlxalq Stadionunda keçirilib və 2:1 hesabı ilə başa çatıb. Xorvatiyalı müdafiəçi Josko Qvardiol yeddinci dəqiqədə hesabı açıb. İki dəqiqə sonra mərakeşli Əşrəf Dari hesabı bərabərləşdirsə də, 42-ci dəqiqədə Mislav Orsiç Xorvatiyanı yenidən hesabda irəli çıxarıb.

Birinci yer uğrunda görüşdə Argentina və Fransa komandaları mübarizə aparacaq. Matç dekabrın 18-də Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq. Fransız futbolçular hazırkı dünya çempionlarıdır. 2018-ci ildə finalda Xorvatiyaya 4:2 hesabı ilə qalib gəliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ