Rusiyadan 300-dən çox İT mütəxəssisi Azərbaycana dəvət olunub.
“Qafqazinfo” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna hadisələri başlayandan ölkəyə rusiyalı İT mütəxəssisləri cəlb edilib:
“Onlar Azərbaycanda aktiv fəaliyyətə başlayıb. Hazırda Atletlər Kəndinin ərazisində şərait yaradılıb, oradakı evlər Rusiyadan gələn İT mütəxəssisləri üçün istifadə olunur”.
Agentliyin sədr müavini bildirib ki, 5 Rusiya şirkəti danışıqlar aparılır və artıq onların 45 əməkdaşı Azərbaycana köçüb: “Bu şirkətdən biri rəsmi olaraq ölkədə nümayəndəlik açmaq niyyətindədir”.