Heç kim Laçın dəhlizinin açılmasına zəmanət vermir - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı, dekabrın 15-də hakim “Mülki müqavilə” fraksiyasının üzvləri ilə qapalı iclas keçirib. Toplantıda Laçın dəhlizindəki vəziyyət müzakirə edilib.

Bu barədə Ermənistan KİV yazır.

Məlumata görə, müzakirə zamanı deputatların yolun nə vaxt açılacağı ilə bağlı suallar cavabsız qalıb.

Qeyd olunur ki, Paşinyan deputatlara müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla əlaqə saxladığını, lakin onların heç birinin dəhlizin açılmasına zəmanət vermədiyini deyib.

Paşinyan Rusiyanın vasitəçiliyi ilə bağlı konkret heç nə bildirməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ