Əkrəm İmamoğluna həbs cəzası verildi

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu Türkiyə ali seçki qurumunun üzvlərini təhqir etdiyi üçün 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin, məhkəmənin qərarı ilə ona siyasətlə məşğul olmaq qadağan edilib. Səbəb isə İmamoğlunun Mərkəzi Seçki Komissiyasının üzvlərini təhqir etdiyi iddiasıdır. 

Qeyd edək ki, İmamoğlu Türkiyənin müxalifət partiyası CHP-nin 54%-lə seçilmiş bələdiyyə sədridir. Gələn il Türkiyədə prezident seçkiləri keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ